Biz kimik?

Azərbaycan Könüllülər İctimai Birliyi 20 il


“Azərbaycan Könüllülər” İctimai Birliyi (AKİB) 2000-ci il noyabr ayında yaradılan bir qeyri-hökümət təşkilatıdır. O zaman bir neçə universitet tələbələrin gənclərin könüllü təşəbbüsü ilə yaradılıb.

AKİB 2003-cü ilin avqust ayının 29 – də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb.

Biz 20 ildir ki, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək, bu istiqamətdə könüllülük hərəkatının faəliyyətini artırmaq və gənclərin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması, üçün yorulmadan çalışmaqdayıq.

Azərbaycan Könüllülər İctimai Birliyinin son 3 ildə icra etdiyi layihələr:


Azerbaijan Golden Kids Awards 2018

Azerbaijan Golden Kids Awards 2019

“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” Forumu

Gəlin çimərliklərimizi təmiz saxlayaq

Azərbaycanda Plastik Tullantılara Son

Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş "Azərbaycanım" adlı konsert


Fusce ut velit


Azərbaycan Könüllülər İctimai Birliyi olaraq vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək, bu istiqamətdə könüllülük hərəkatının faəliyyətini artırmaq və gənclərin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması, üçün çalışmaqdadır.

Gənclərin könüllü fəaliyyətə olan marağını artırmaq, eyni zamanda istedadlı və yaradıcı gənclərin iştirakını təmin edərək könüllük hərəkatına rəng qatmaq üçün könüllü fəaliyyətə həsr olunmuş davamlı keçirilir.

Biz könüllülük fəaliyyəti yalnız beynəlxalq səviyyəli tədbirlərin təşkil edilməsində deyil, həmçinin yerli icmaların inkişafında, cəmiyyətimizi narahat edən ekoloji, sosial və digər istiqamətlərdə qarşılaşdığımız problemlərin həllində birgə fəaliyyətdə görürük.

Yeniyetmə və gənclərin könüllülük haqqında maarifləndirilməsi və biliklərinin artırılması zəruridir. Könüllülük fəaliyyətində təcrübələrdən yararlanmaq üçün qeyri-hökümət təşkilatlarının üzərinə böyük iş düşür.

Keçirdiyimiz maarifləndirici layihələrdə gənclərin ekoloji problemlər və onun aradan qaldırıması yolları və bu istiqamətdə həyata keçirilən dövlət proqramlardan xəbərsiz olduğunu müşahidə edirik. Yuxarıda qeyd olunan nüansları nəzərə alaraq bu istiqamətdə könüllük fəaliyyəti artırmaq və regionlarda yaşayan100-lərlə gəncin iştirakını nəzərdə tutan ekoloji layihərin keçirilməsini planlaşdırırıq.


Bizə qoşul

Avropa Şurasının qərarı ilə Azərbaycan Könüllülər İctimai Birliyi 2005-ci ilin nəticələrinə görə Avropa Gənclər Mükafatı (European Youth Award) ilə təltif edilməklə Avropada ilin gənclər təşkilatı olmuşdur. “2 fevral – Gənclər günü” münasibəti ilə 2013-cü ildə uğurlu fəaliyyətinə görə mükafatlanmışdır.


Könüllü ol!