“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verir.

Layihənin məqsədi:

Dayanıqlı nəqliyyat vasitəsi olan velosipedlərdən istifadənin təşviqi ilə ekoloji maarifləndirməni artırmaq, vətəndaşların sağlam həyat tərzinə keçidini dəstəkləmək və karbon emissiyasını azaltmaqdır.

Layihə çərçivəsində:
Qeydiyyat:

Layihədə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər.

Seçim nəticələri müraciət edənlərə e-mail və ya telefon vasitəsilə bildiriləcəkdir.

Müraciət üçün son tarix: 25 iyul 2025-ci il saat 18:00

Ərizə Forması
Əlaqə vasitəsi: [email protected]

Hörmətlə,
Azərbaycan Könüllülər İctimai Birliyi